Zəngilanda yanan çıraqlar doğma yurdun dirçəlişidi...
12:55 20.10.2026
0
0
0
NAXÇIVAN :
20 Oktyabr 2026, Çərşənbə axşamı
Regional elektrik enerjisi bağlantılarının strateji əhəmiyyəti getdikcə artır. Bu bağlantılar elektrik enerjisi artıqlığı olan ölkələrlə tələbatın yüksək olduğu bazarları birləşdirir, enerji təhlükəsizliyini gücləndirir, Günəş və külək enerjisinin dəyişkən istehsalının balanslaşdırılmasına şərait yaradır. Təsadüfi deyil ki, XXI əsr “bağlantılar əsri” kimi xarakterizə olunur. Çünki bu gün bağlantılar yalnız ölkələri və bazarları birləşdirən fiziki infrastruktur deyil, həm də yeni iqtisadi və geosiyasi münasibətlərin formalaşmasında mühüm rol oynayan strateji amildir.
"Şərq qapısı" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Azərbaycan" qəzetində dərc edilən “Müasir Azərbaycanın enerji siyasəti: milli enerji təhlükəsizliyindən qlobal enerji tərəfdaşlığına” adlı məqaləsində qeyd edib.
Nazir bildirib ki, bu istiqamətdə strateji əhəmiyyət daşıyan əsas layihələrdən biri “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”dir.
“Xəzər regionunun zəngin bərpaolunan enerji potensialını Avropa bazarlarına çıxarmağı hədəfləyən bu layihə Azərbaycanın regional elektrik enerjisi ticarətində rolunu genişləndirməklə yanaşı, Avropanın enerji təchizatının şaxələndirilməsinə və yaşıl enerji keçidinə töhfə verəcək. Dəhlizin texniki-iqtisadi əsaslandırmasının nəticələri də onun həyata keçirilməsinin iqtisadi baxımdan cəlbedici olduğunu təsdiqləyir. 2032-ci ildən mərhələli şəkildə istismara verilməsi planlaşdırılan dəhliz Azərbaycan və Gürcüstanı Qara dənizin dibi ilə Rumıniya, Macarıstan və digər Avropa enerji bazarları ilə birləşdirəcək. Təxminən 3 min kilometr uzunluğunda olacaq dəhlizin ötürmə gücünün mərhələli şəkildə 4 giqavata çatdırılması nəzərdə tutulur. Layihə regionda ən azı 8 giqavat bərpaolunan enerji gücünün yaradılmasına şərait yaratmaqla 2040-cı ildən etibarən Avropaya ildə təxminən 20 milyard kilovat-saat elektrik enerjisinin ötürülməsini təmin edə bilər. Bununla yanaşı, karbon emissiyalarının ildə 3,6 milyon tonadək azaldılması gözlənilir”,- deyə o qeyd edib.
Digər xəbərlər