Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacə...
17:58 22.11.2024
0
0
0
NAXÇIVAN :
22 Noyabr 2024, Cümə
"Şərq qapısı"ndan verilən məlumata görə, Azərbaycan Respublikası Gənclər Fondunun “İdeyanı reallaşdır – 2023” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsinin qalibi Xəyalə Məmmədovanın "Gənc Hüquqşünasların İnkişaf Proqramı" layihəsinin Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində açılış mərasimi keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin dekanı Yusif Hüseynov, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov, Azərbaycan Respublikası Gənclər Fondunun Naxçıvan filialının direktoru Arzu Qasımov çıxış edərək layihənin işinə uğurlar arzulayıb.
Sonda çıxış edən layihənin rəhbəri Xəyalə Məmmədova Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən gənclərə göstərilən qayğıya görə təşəkkür edib. Xəyalə Məmmədova qeyd edib ki, layihənin əsas məqsədi gənc hüquqşünasların bilik və bacarıqlarını daha da inkişaf etdirməkdir.
"Gənc Hüquqşünasların İnkişaf Proqramı" layihəsinin I və II gününü “Süni İntellekt və hüquq” mövzusunda panel müzakirə və “Kibertəhlükəsizlik və insan hüquqları” , “Kriminalistikanın yaranma tarixi və müasir inkişafı” , ”Ədalət mühakiməsində dövlət ittihamçısının rolu” adlı təlim və mükafatlandırma mərasimi əhatə edib
Qeyd edək ki, layihənin donoru Azərbaycan Respublikası Gənclər Fondu, tərəfdaşı isə Naxçıvan Dövlət Universiteti,Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası və ELSA Naxçıvandır.
Digər xəbərlər