NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

Azərbaycan Prezidenti İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində, əslində, master-klass keçmişdi

...

Bu sözləri “Şərq qapısı” qəzetinə açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Xəzəngül Orucova deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin liderlik xüsusiyyətlərini sadaladığı müsahibə bir sıra dövlət başçıları üçün açıq dərs vəsaiti də hesab oluna bilər.

 “Dövlət başçısının da dediyi kimi, liderlik,  böyük bir məsuliyyətdir və lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Ötən 20 il müddətində biz ancaq buna şahidlik etmişik. Prezident ötən müddət ərzində verdiyi bütün vədləri bir-bir yerinə yetirib və bu istiqamətdə siyasətini davam etdirir. Prezident İlham Əliyevin yürütdüyü siyasətdə yalan vədlərə, ümumiyyətlə, yer yoxdur. Dövlət başçısı elə bir sahə yoxdur ki, onu nəzarətdə saxlamasın. Azərbaycanın hər sahədə inkişaf etməsi də bu siyasətin nəticəsidir”.

Deputatın sözlərinə görə, bu inkişafı, xalq-iqtidar birliyini gözü götürməyənlər də var: “Onsuz da Azərbaycan hər zaman ikili standartlara məruz qalıb. Bu, Vətən müharibəsindən öncə də belə idi, onun gedişində də, müharibədən sonrakı dönəmdə də. Tez-tez bir sıra xarici KİV-lərdə ölkəmizə qarşı aparılan çirkin kampaniyalar, ölkə daxilində xaricdən pulla və pultla idarə olunan şəxslər bu inkişafa, birlik və bərabərliyə əsla kölgə sala bilməz. Çünki Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu xalq, bəlkə də, bir neçə əsrə görülməli işləri bir neçə ilə həll etdi. Elə bunun nəticəsidir ki, xarici telekanallara müsahibəsində əcnəbi jurnalistlər dövlət başçımıza rəğbətini gizlətmir. Nəinki jurnalistlər, bir sıra dövlət başçıları da üzləşdikləri problemin həllində kömək üçün Azərbaycan liderinin telefon nömrəsini axtarır”.

Nəşr edilib : 14.02.2025 12:12