NAXÇIVAN :

15 Yanvar 2026, Cümə axşamı

Azərbaycan Orta Dəhlizlə daşınan yüklərin həcmini üç dəfə artırmağı hədəfləyib

...

"Orta Dəhliz marşrutu ilə yük dövriyyəsi sürətlə artır".

"Şərq qapısı" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev V Tbilisi İpək Yolu Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.

O, 2022-ci ildə Çindən yalnız bir-iki konteyner qatarının göndərildiyini, ötən ildə isə onların sayının 18-ə yüksəldiyini bildirib.

“Bu ilin ilk doqquz ayında biz artıq təxminən 290 qatar qəbul etmişik. İlin sonuna qədər Azərbaycan ərazisindən 400 konteyner qatarının keçəcəyini gözləyirik. Əvvəllər yüklərin Qazaxıstan-Çin sərhədindən Batumiyə qədər çatdırılması üçün 53 gün tələb olunurdusa, hazırda cəmi 18 gün kifayət edir. Məqsədimiz yüklərin həcmini üç dəfə artırmaqdır”, - nazir deyib.

Nəşr edilib : 22.10.2025 18:30