NAXÇIVAN :

18 Aprel 2025, Cümə

Azərbaycan Ordusunun mövqeləri Gorus istiqamətindən atəşə tutulub

...

Aprelin 9-u saat 19:25-dən 19:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xəznəvar və Xanazax yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Müdafiə Nazirliyindən bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Nəşr edilib : 09.04.2025 21:16