NAXÇIVAN :

17 Aprel 2025, Cümə axşamı

Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub

...

Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib. 

"Aprelin 8-i saat 19:20-dən 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub", – məlumatda qeyd olunub. 

Bildirilib ki, ordunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Nəşr edilib : 09.04.2025 08:35