Naxçıvan Dövlət Universitetində “Akademik Zərifə Ə...
14:31 23.12.2024
0
0
0
NAXÇIVAN :
23 Dekabr 2024, Bazar ertəsi
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) arasında gələcək əməkdaşlıq müzakirə edilib.
Bu barədə Ombudsman Aparatından məlumat verilib.
Qeyd edilib ki, Ombudsman Səbinə Əliyeva UNICEF-in Azərbaycana yeni təyin olunmuş nümayəndəsi Saca Faruq Abdullahı qəbul edib.
Görüş zamanı Müvəkkil uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti haqqında qonağa ətraflı məlumat verib. Beynəlxalq əməkdaşlıq çərçivəsində fəaliyyətindən danışan Ombudsman beynəlxalq təşkilatlarla, həmçinin BMT və onun ixtisaslaşmış qurumları ilə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, bir sıra önəmli layihələrin həyata keçirildiyini qeyd edib.
Müvəkkil Ombudsman təsisatı ilə UNICEF arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayaraq müvafiq sahədə görülmüş işlərdən danışıb.
S.Əliyeva “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş son dəyişikliklər barədə məlumat verərək, uşaq hüquqlarının müdafiəsi və bir sıra digər sahələrdə mandatının genişləndiyini bildirib. Ombudsman milli preventiv, habelə uşaq hüquqları sahəsində müstəqil monitorinq mexanizmləri çərçivəsində, eləcə də yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsi, məhkumların və onların ailə üzvlərinin müraciətləri əsasında ölkə Prezidentinə əfv təklifləri ilə müraciət etməsi və digər istiqamətlərdə görülən işlər haqqında da geniş məlumat verib.
Həmçinin müvəkkil azad edilmiş ərazilərdə işğal dövründə Ermənistan tərəfindən basdırılmış minaların mülki şəxslərin həyat və sağlamlığına təhlükə yaratdığını bildirib, uşaqların da minadan zərər çəkən şəxslər arasında olduğunu və onların mina təhlükəsizliyi barəsində məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb.
Görüşdə, həmçinin qurumlar arasında gələcək əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Digər xəbərlər