Bahar Muradova: Səylərin birləşdirilməsi ekoloji p...
12:23 21.11.2024
0
0
0
NAXÇIVAN :
21 Noyabr 2024, Cümə axşamı
Noyabrın 15-də Azərbaycan ilə Türkiyə arasında turizm sahəsində əməkdaşlığı gücləndirməyi və turizm əlaqələrini inkişaf etdirməyi nəzərdə tutan saziş imzalanıb. Sənədi Azərbaycan tərəfindən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Türkiyə tərəfindən isə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy imzalayıblar.
Dövlət Turizm Agentliyindən bildirilib ki, sazişdə ölkələr arasında qonaqpərvərlik, turizm sahəsi və qanunvericiliyi istiqamətində məlumat mübadiləsi, turizm statistikasının təkmilləşdirilməsi, qastroturizm, turizm təhsili sahəsində əməkdaşlıq və investisiya təşviqinin əsasları kimi məsələlər xüsusi vurğulanır. Həmçinin sazişdə mediatur, infotur, tədbir və seminarların təşkili, birgə səyahət marşrutunun inkişaf etdirilməsi, qarşılıqlı təbliğat və marketinq fəaliyyəti ilə turist axınını artırmaq, təbii və mədəni irsin qorunması, eləcə də tanıdılması istiqamətində birgə fəaliyyətlərin həyata keçirilməsi ilə bağlı mövzular əksini tapır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr dövründə Azərbaycana səfər edən Türkiyə vətəndaşlarının sayı 357 min 615 nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz çoxdur.
Digər xəbərlər