Naxçıvan Muxtar Respublikasında dekabr ayının 23-n...
23:17 22.12.2024
0
0
0
Sentyabrın 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblərki telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli strateji əməkdaşlıq məsələləri, habelə regional əlaqələr müzakirə olunub.
Tərəflər, həmçinin beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq perspektivlərinə dair müzakirə aparıblar.
Müzakirə çərçivəsində Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) 2024-2026-cı illər üzrə sədrliyinə dair prioritet istiqamətlərə toxunulub.
Hər iki tərəf Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin strateji tərəfdaşlıq, dostluq və çoxşaxəli əməkdaşlığa əsaslanmasından məmnunluqlarını ifadə ediblər.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər xəbərlər