Yeni həyata uğurlu başlanğıc: Torpaq çərşənbəsi...
23:53 17.03.2025
0
0
1
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan Helezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlikdə keçirilən görüşdə Azərbaycan müdafiə naziri qonaqları salamlayıb və onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
Müdafiə naziri Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və sonrakı əməliyyatlarda qazanılan qələbələrdən sonra ordu quruculuğu istiqamətində aparılan uğurlu islahatlar, azad edilmiş ərazilərimizdə həyata keçirilən tədbirlər, həmçinin Ermənistan-Azərbaycan şərti dövlət sərhədində əməliyyat şəraiti barədə həmkarını məlumatlandırıb.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Z.Helez göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Qonaq qarşılıqlı səfərlərin və bu cür görüşlərin hərbi əlaqələrimizin genişlənməsinə təkan verdiyini qeyd edərək səmərəli təcrübə mübadiləsinin aparılması, həmçinin birgə fəaliyyətlərin həyata keçirilməsi məqsədilə mütəxəssislərdən ibarət işçi qrupun yaradılmasının vacibliyini vurğulayıb.
Görüşdə Azərbaycan və Bosniya və Hersoqovinanın "Sülh Naminə Tərəfdaşlıq" proqramı, eləcə də Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində müsbət əməkdaşlıq təcrübəsinin olduğu və hər iki ölkənin hərbi qulluqçularının beynəlxalq təlimlərdə uğurla iştirakı xüsusi qeyd edilib.
Görüşün sonunda ölkələr arasında əlaqələrin inkişaf dinamikasından məmnunluq ifadə olunub, hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlığın perspektivləri müzakirə edilib, eləcə də regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Digər xəbərlər