Qazaxıstan İƏT-də sədrliyi qəbul edəcək
21:28 03.12.2024
0
0
0
NAXÇIVAN :
03 Dekabr 2024, Çərşənbə axşamı
Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi ilə bağlı Pakistanın təcrübəsindən yararlanacaq.
Pakistan mətbuatına istinadla xəbər verir ki, səfir Xəzər Fərhadov Pakistan və Beynəlxalq Münasibətlər Mərkəzinin (COPAIR) təşkil etdiyi “Sabahın davamlılığını formalaşdırmaq” mövzusunda iqlim dəyişikliyi ilə bağlı dəyirmi masada çıxışı zamanı Azərbaycanın COP29-un Bakıda keçirilməsi ilə əlaqədar qardaş ölkə Pakistandan faydalanacağını bildirib.
Səfir Xəzər Fərhadov Azərbaycanın ekoloji dayanıqlığa nail olmaq və təmiz bərpa olunan enerjidən istifadə etməklə ədalətli enerji keçidi üçün inklüziv müdaxilələri təmin etmək öhdəliyi barədə ətraflı icmal təqdim edib. O, Pakistan xalqının çox mehriban olduğunu və Azərbaycan xalqının da qardaş ölkə kimi Pakistana qarşı eyni hissləri ifadə etdiyini bildirib. Azərbaycanın COP29-a ev sahibliyi məsələsində Pakistanla birlikdə hərəkət etməyə çalışdığını və Pakistanın müasir təcrübəyə malik olduğunu, ətraf mühitin mühafizəsi təşəbbüsləri ilə böyük dünya şöhrəti qazandığını diqqətə çatdırıb.
“Azərbaycan son iki onillikdə nəzərəçarpacaq addımlar atıb. BMT Təhlükəsizlik Şurasının qətnaməsini təkbaşına yerinə yetirdi, Pakistan və Türkiyədən mənəvi və siyasi dəstək aldı. Biz qoşulmama hərəkatı konfransına sədrlik etdik və peyvəndlərin milliləşdirilməsi üçün səs qaldırdıq. Bu il isə Azərbaycan COP29-a uğurla ev sahibliyi edəcək və Pakistanla əməkdaşlığını gücləndirəcək. Çünki bu iki qardaş ölkə arasında sülh, təhlükəsizlik və inkişafla bağlı əməkdaşlıq, o cümlədən ənənəvi diplomatik əlaqələr normadır”, - deyə X.Fərhadov çıxışında bildirib.
Pakistanın Fəlakət Risklərinin İdarə Edilməsi Milli Fondunun (NDRMF) Baş İcraçı Direktoru (CEO) Bilal Ənvər bildirib ki, Azərbaycan COP-un növbəti iclası üçün simvolik və regional əhəmiyyətli bir məkandır: “Əvvəlki müzakirələrdə qəbul olunmayan qərarlar bu dəfə qəbul oluna bilər. Biz özəl sektorla əməkdaşlıq üçün işimizi gücləndirmək niyyətindəyik və növbəti COP iclasına qədər prioritetlərimizi aydınlaşdıracağıq”.
Digər xəbərlər