NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Azərbaycan Çin ilə müasir IT və süni intellekt həllərinin inkişafı istiqamətində əməkdaşlığı dəyərləndirib

...

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin “iSoftStone” şirkətinin icraçı vitse-prezidenti Li Huanq ilə görüşüb.

Nazirlikdən bildirilib ki, görüşdə Azərbaycan ilə Çin arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, xüsusilə rəqəmsal iqtisadiyyat, innovasiya və yüksək texnologiyalar sahələrində tərəfdaşlıq imkanları müzakirə olunub.

Tərəflər iqtisadiyyatın rəqəmsal transformasiyası, innovativ texnologiyaların tətbiqi, müasir IT və süni intellekt həllərinin inkişafı istiqamətində əməkdaşlığın perspektivlərini dəyərləndiriblər.

Müzakirələr zamanı texnologiya transferi, eləcə də ölkəmizdə kompüter və elektron avadanlıqlar istehsalını dəstəkləyəcək təchizat və dəyər zəncirinin formalaşdırılması istiqamətində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 11.03.2026 17:28