NAXÇIVAN :

09 Yanvar 2025, Cümə axşamı

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını Monako Knyazlığına təhvil verib

...

Monako Knyazlığının hüquq-mühafizə orqanları tərəfindən iqtisadi sahədə cinayətlər törətməkdə təqsirləndirilərək barəsində beynəlxalq axtarış elan edilmiş 1991-ci il təvəllüdlü Hindistan vətəndaşı Rathore Devanshunun verilməsinə dair Monako Knyazlığının səlahiyyətli orqanının vəsatəti baxılması üçün Azərbaycan Baş Prokurorluğu tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, həmin şəxs 2024-cü ilin iyununda Azərbaycanda müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.
"Ekstradisiya haqqında" Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən məhkumun ekstradisiyası haqqında qərar qəbul edilərək, o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Monako Knyazlığının səlahiyyətli orqanlarına təhvil verilib.

Nəşr edilib : 08.01.2025 19:39