NAXÇIVAN :

21 Noyabr 2024, Cümə axşamı

Azərbaycan badmintonçusu Türkiyədə qızıl medal qazanıb

...

Badmintonçumuz Keişa Fatimə Zəhra Türkiyənin İstanbul şəhərində keçirilən "International Challenge" seriyalı beynəlxalq turnirdə qızıl medal qazanıb!
Badminton Federasiyasının mətbuat xidmətindən xəbər verilib ki, mübarizəyə 1/16 finaldan başlayan Keişa qadın badmintonçuların şəxsi yarışında finala gedən yolda Danimarka, Ukrayna və Fransa təmsilçilərini mübarizədən kənarlaşdırıb.
Keişa Fatimə Zəhra qızıl medal uğrunda keçirilən həlledici final qarşılaşmasında danimarkalı Amalie Schulzanı hər iki setdə böyük fərqlə məğlub edərək "VICTOR Türkiye International Challenge 2024" beynəlxalq turnirinin qalibi olub - 21:11,21:9.

Nəşr edilib : 13.10.2024 14:18