NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Azərbaycan alimləri Qazaxıstanda keçirilən beynəlxalq konfransda iştirak ediblər

...

Qazaxıstanın Yesik şəhərində “Arxeologiya sahəsində beynəlxalq tədqiqatlar: təcrübə, nəticələr və prioritet istiqamətlər” mövzusunda “Yesik okuları” VI Beynəlxalq elmi-praktik konfrans keçirilib.
"Şərq qapısı" xəbər verir ki,  tədbirdə Qazaxıstan, Azərbaycan, Türkiyə, Çin, Böyük Britaniya, Rusiya, Özbəkistan, Qırğızıstan və Tacikistandan olan alim və mütəxəssislər iştirak ediblər.
Plenar iclas və panel sessiyalar çərçivəsində arxeoloji abidələrin qorunması və səmərəli istifadəsi, fənlərarası tədqiqatlar, irsi obyektlərin mühafizəsi metodları, eləcə də muzey işi sahəsində aktual çağırışlar müzakirə olunub.
Konfransın yekununda qəbul edilən qətnamədə arxeologiyanın nəzəri və tətbiqi aspektlərinin daha da inkişaf etdirilməsinin, elmi və muzey tədqiqatlarının keyfiyyətinin artırılmasının, həmçinin beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb.

Nəşr edilib : 25.10.2025 08:28