Naxçıvan Muxtar Respublikasında 24 noyabra gözləni...
00:11 24.11.2024
0
0
0
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Azərbaycan tarixi kafedrasının müdiri dosent Naibə Əhmədova və kafedranın müəllimi Sahibə Musayeva Belarus Respublikasının Mogilyov şəhərində keçirilən A.A.Qromıko adına II beynəlxalq elmi-ekspert forumunda iştirak ediblər.
ADPU-dan bildirilib ki, forum Rusiya Dövlət Humanitar Universiteti, Rusiya Elmlər Akademiyası, A.A.Qromıko adına Xarici Siyasət Tədqiqatları Cəmiyyəti, Belarus-Rusiya Universitetinin təşkilatçılığı ilə keçirilib.
Beynəlxalq forumda 8 ölkədən (Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Ermənistan və Özbəkistan) aparıcı mütəxəssislər, tədqiqatçılar, alimlər iştirak ediblər.
Forumda dosent Naibə Əhmədova “Azərbaycan -Belarus əlaqələri: tarix və müasir vəziyyət”, Sahibə Musayeva isə “II Dünya müharibəsində Belarusun faşist işğalçılarından azad edilməsində iştirak edən azərbaycanlılar: Belarusun faşist işğalından azad olunmasının 80 illiyi” məruzəsi ilə çıxış ediblər. Məruzələrdə Belarus və Azərbaycan arasında tarixi əlaqələrdən, xüsusilə hər iki respublika müstəqillik əldə etdikdən sonra bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən, geniş sahəni əhatə edən əməkdaşlıq məsələlərindən, habelə Belarusun Minsk, Qrodno, Mogilyov, Molodeçno şəhərlərinin, Brest qalasının müdafiəsində iştirak edən azərbaycanlıların göstərdikləri şücaətlərdən bəhs olunub.
Forumun ikinci günü Mogilyov şəhərinin tarixi yerlərinə ekskursiya təşkil edilib.
Digər xəbərlər