NAXÇIVAN :

31 Avqust 2026, Bazar ertəsi

Azad edilmiş ərazilərdə daha 190 mina, 689 PHS aşkarlanıb

...

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (24.08.2026-30.08.2026) məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA)  verilən məlumata görə, azad edilmiş ərazilərdə ötən həftə 161 piyada əleyhinə mina, 29 tank əleyhinə mina, 689 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 2048,7 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Nəşr edilib : 31.08.2026 12:44