Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirl...
23:28 22.09.2026
0
0
0
Özbəkistanda ölkənin Naxçıvan dəmir yolunun tikintisində iştirak imkanlarının öyrənilməsi üzrə işçi qrup yaradılıb.
"Şərq qapısı" "Spot"a istinadən xəbər verir ki, bu barədə Özbəkistanın nəqliyyat naziri İlhom Mahkamov "O'zbekiston 24" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Gürcüstan və Azərbaycana səfərləri zamanı Xəzər dənizinin infrastrukturundan istifadə, bərələrin alınması və Azərbaycan dəmir yolunun tikintisində pay iştirakı ilə bağlı tapşırıqlar verilib.
"Bu istiqamətlərin hər biri üzrə ayrıca işçi qrup yaradılıb", - Mahkamov deyib.
O qeyd edib ki, Özbəkistanın Nəqliyyat Nazirliyi görülən işlər, əldə olunan nəticələr və ilin sonunadək qarşıda duran vəzifələr barədə hesabatlar təqdim edib və gələcək tapşırıqları alıb.
Daha əvvəl bildirilib ki, Özbəkistan Türkiyədə Samsun və İstanbul limanlarına çıxış təmin edəcək Naxçıvan dəmir yolunun tikintisində iştirak imkanını nəzərdən keçirir.
Digər xəbərlər