“Məkkə yolu” təşəbbüsü çərçivəsində həcc səfəri pr...
23:06 18.04.2026
0
0
0
7 oktyabr 2025-ci il tarixdə “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun əsas komandasının iştirakı ilə bir sıra tədbirlər təşkil olunacaq.
Proqrama əsasən komanda heyəti əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini və şəhid məzarlarını ziyarət edəcək. Saat 11:30-da stadionda azarkeşlərin iştirakı ilə tədbir keçiriləcək. Tədbir çərçivəsində Araz-Naxçıvan komandasının üzvləri Futbol Akademiyasının gənc futbolçuları ilə əyləncə xarakterli oyun keçirəcək, forma və toplar paylanılacaq.
Günün ikinci yarısında isə saat 16:00-da Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə üzbəüz parkda imza günü təşkil olunacaq. Azarkeşlər sevimli futbolçularla görüşmək, avtoqraf almaq və xatirə şəkilləri çəkdirmək imkanı əldə edəcəklər.
Digər xəbərlər