NAXÇIVAN :

30 Iyul 2026, Cümə axşamı

AQTA və Gürcüstanın Milli Qida Agentliyi identifikasiya sistemi sahəsində təcrübə mübadiləsi aparıb

...

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Gürcüstanın Milli Qida Agentliyi arasında heyvan sağlamlığı sahəsində qanunvericilik və institusional təcrübənin öyrənilməsinə dair onlayn görüş keçirilib.

Bu barədə agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Gürcüstanda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin hüquqi və institusional əsasları, sistemin tətbiqi və idarəolunması mexanizmləri, mövcud vəziyyəti, heyvanların izləniləbilənliyinin təmin edilməsi, eləcə də sistemin təkmilləşdirilməsi və inkişaf istiqamətləri barədə məlumat verilib.

Bununla yanaşı, görüşdə heyvanların identifikasiyası və qeydiyyatı sisteminin epizootik nəzarətin gücləndirilməsi, heyvan xəstəliklərinin operativ aşkarlanması və qarşısının alınması, heyvan mənşəli məhsulların izləniləbilənliyinin təmin edilməsi barədə də müzakirələr aparılıb.

Nəşr edilib : 30.07.2026 17:20