NAXÇIVAN :

06 Yanvar 2025, Bazar ertəsi

Antalyada zəlzələ olub

...

Aralıq dənizinin Türkiyənin Antalya şəhəri ərazisində düşən hissəsində 4,5 bal gücündə zəlzələ olub.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təkanlar Antalyanın müxtəlif bölgələrində hiss edilib.
AFAD-dan verilən açıqlamada yeraltı təkanların yerli vaxtla saat 16:51-də meydana gəldiyi, hazırda hansısa dağıntının qeydə alınmadığı bildirilir.
Zəlzələdən təsirlənən bölgələrdə araşdırma aparılır.

Nəşr edilib : 03.01.2025 18:34