Azərbaycan COP29-a uğurla ev sahibliyi edir
15:54 21.11.2024
0
0
0
NAXÇIVAN :
21 Noyabr 2024, Cümə axşamı
Noyabrın 6-da Ankaradakı “CSO Ada” mərkəzində Birinci və İkinci Qarabağ müharibələrinin qəhrəmanlarına həsr olunmuş və türk dilinə dublyaj edilmiş “Köhnə çamadanlar” filminin premyerası olacaq.
"Şərq qapısı" xəbər verir ki, bu ekran əsərinin nümayişi Azərbaycanın Zəfər Gününün dördüncü ildönümünə həsr olunub. Tədbirə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Ankara Qazi Universiteti, paytaxtın Altındağ rayon bələdiyyəsi, qardaş ölkənin bir sıra ictimai təşkilat və strukturları dəstək verib.
Filmin ssenarisi real hadisələrə əsaslanır və erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmiş Azərbaycan qəhrəmanlarının rəşadətini əks etdirir.
Filmin müəllifləri – quruluşçu rejissor Səidə Haqverdiyeva, ssenari müəllifi Sevda Sultanova, quruluşçu operator Şahmar Səfəroğlu və başqaları tamaşaçılara müharibənin, o cümlədən Xocalı soyqırımının faciəli səhifələrinin ab-havasını çatdırmağa çalışıblar.
“Köhnə çamadanlar” filminin çəkilişləri 2021-ci ildə başa çatdırılıb və Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DOST Agentliyinin dəstəyi ilə həyata keçirilib.
Premyeradan əvvəl “Qadın, Sülh, Qələbə” adlı sərgi açılacaq.
Digər xəbərlər