NAXÇIVAN :

16 Oktyabr 2024, Çərşənbə

Anım Günü ilə əlaqədar Tibb Müəssisələrinin İdarəetmə Birliyinin kollektivi şəhidlərimizin müqəddəs məzarlarını ziyarət edib

...

27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq Tibb Müəssisələrinin İdarəetmə Birliyinin rəhbər heyəti və kollektivi şəhidlərimizin müqəddəs məzarlarını ziyarət edərək, onların əziz xatirəsini dərin hörmət və minnətdarlıqla yad etmişdir. Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarını fəda edən qəhrəmanlarımız, hər bir azərbaycanlının ürəyində əbədi olaraq yaşayacaq. Şəhidlərimizin mübarizəsi, yalnız torpaqlarımızı azad etməklə məhdudlaşmır. Onlar həm də gələcək nəsillərə müstəqillik və qürur mirası qoymuşdur.

Bu müqəddəs yolda tökülən hər damla qan, milli birliyimizin və gücümüzün əbədi simvoluna çevrilmişdir. Onların fədakarlığı, Vətən torpağında silinməz izlər buraxmış və tariximizə qəhrəmanlıq səhifəsi əlavə etmişdir. Şəhidlərimizin əziz ruhları qarşısında baş əyərək, onların nurlu xatirəsini yaşatmaq, bu müqəddəs amalları gələcək nəsillərə çatdırmaq hər kəs üçün həm mənəvi borc, həm də müqəddəs bir vəzifədir.

Nəşr edilib : 27.09.2024 23:41