“Əməyin mühafizəsi və texniki təhlükəsizlik normal...
18:56 21.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
Dayanıqlılıq prinsiplərinin tədbirlərin təşkili prosesinə inteqrasiyası ətraf mühitə təsirin əhəmiyyətli dərəcədə azaldılmasına imkan yaradır. Araşdırmalar göstərir ki, bu prinsiplərə uyğun təşkil olunan tədbirlər karbon emissiyalarını təxminən 42 faiz, ümumi tullantıların həcmini 44 faiz, kağız tullantılarını 90 faizədək, enerji istehlakını isə 60-70 faizədək azaltmağa imkan verir.
"Şərq qapısı" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev "AZS ISO 20121:2026 Tədbir davamlılığının idarəetmə sistemləri" üzrə dövlət standartının təqdimatı ilə bağlı keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, məhz bu səbəbdən beynəlxalq standartların tətbiqi, o cümlədən AZS ISO 20121 standartı, böyük beynəlxalq tədbirlərin daha məsuliyyətli və dayanıqlı şəkildə təşkil olunmasında mühüm rol oynayır.
“AZS ISO 20121 standartı yalnız tədbirlərin ekoloji, sosial və iqtisadi dayanıqlılıq prinsiplərinə uyğun təşkilini təmin etmir, eyni zamanda, şəhərsalma sahəsi ilə də sıx şəkildə əlaqəlidir. Belə ki, şəhərsalma insanların həyat keyfiyyətini yüksəltməyə, iqtisadi inkişafı dəstəkləməyə və ətraf mühitin qorunmasına yönəlmiş kompleks bir prosesdir. Ətraf mühitin qorunması, sosial inklüzivlik və dayanıqlı idarəetmə kimi prinsiplər yalnız şəhərsalma siyasətində deyil, həm də tədbirlərin planlaşdırılması və həyata keçirilməsi prosesində mühüm rol oynayır. Bu baxımdan, dayanıqlı tədbir idarəetməsi yanaşması şəhərlərin dayanıqlı inkişafına da töhfə verən vacib alət kimi çıxış edir. AZS ISO 20121 standartı yalnız tədbirlərin dayanıqlılığını təmin etmir, eyni zamanda şəhərsalma prinsipləri ilə sinxron işləyərək şəhərlərin daha yaşanılabilən, inklüziv və ekoloji baxımdan balanslı inkişafına töhfə verir. Bu yanaşma Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin yalnız qlobal standartlara uyğun təşkil olunmasını deyil, həm də şəhər mühitinə və sakinlərin rifahına töhfə verməsini təmin edir. Dayanıqlıq standartları aydın prosedur və ölçülə bilən göstəricilər müəyyən etməklə tədbirin düzgün monitorinq və qiymətləndirilmə proseslərini təkmilləşdirlmək imkanı yaradır. Eyni zamanda, bu standartlar uzunmüddətli müsbət irsin formalaşmasına töhfə verir. Dayanıqlılıq prinsiplərinə uyğun təşkil olunan tədbirlər ev sahibi şəhər və ölkələr üçün infrastrukturun təkmilləşdirilməsi, institusional potensialın gücləndirilməsi, dayanıqlı yanaşmalar baxımından qalıcı faydalar yaradır. Bu, xüsusilə 2026-cı ilin 17-22 may tarixlərində Bakıda BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On üçüncü Sessiyası (WUF13) kontekstində xüsusi əhəmiyyət daşıyır”, - deyə komitə sədri əlavə edib.
Digər xəbərlər