NAXÇIVAN :

15 Aprel 2025, Çərşənbə axşamı

ANAMA: Ötən həftə 1245.5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

...

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən aprelin 7-dən 13-dək aparılan minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.

"Şərq qapısı" xəbər verir ki, ANAMA-dan bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 86, tank əleyhinə 12 mina və 224 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 1245.5 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Nəşr edilib : 14.04.2025 14:44