Azərbaycan Prezidenti: Biz nəqliyyat imkanlarımızı...
15:41 28.04.2025
0
0
0
Qazaxda minaya düşən ANAMA əməkdaşının vəziyyəti stabildir.
"Şərq qapısı" xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, aprelin 28-də saat 09:45 radələrində mina partlayışı hadisəsi səbəbilə xəsarət alan 1 nəfər kişi Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Alın nahiyəsinin göz ətrafı toxumalarının və burunun çapılmış yarası diaqnozu təyin olunan 1985-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra tibb müəssisəsinin Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti stabil qiymətləndirilir.
13:08
Qazax rayonunun Qızılhacılı kəndi ərazisində mina partlayıb, xəsarət alan var.
"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Qeyd edilib ki, agentliyin əməkdaşı 1985-ci il təvəllüdlü Paşayev Elnur Oruc oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrində yüngül xəsarətlər alıb.
Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
Qeyd edək ki, Ermənistanın vaxtilə işğalı altında olan Qızılhacılı kəndi ötən il Azərbaycana geri qaytarılan Qazax rayonunun dörd kəndindən biridir.
Digər xəbərlər