Azərbaycanın daha bir güləşçisi Avropa çempionu ol...
22:51 22.04.2026
0
0
0
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma ilə görüş keçirib.
"Şərq qapısı" xəbər verir ki, bu barədə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə ANAMA ilə Macarıstanın Keyfiyyət və Əməkdaşlıq üçün Minatəmizləmə Mərkəzi arasında bir müddət öncə imzalanan bacarıqların artırılmasının dəstəklənməsinə dair Anlaşma Memorandumunun icrası və digər əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Digər xəbərlər