NAXÇIVAN :

06 Iyun 2026, Şənbə

Anaklaudia Rossbax: Mənzil siyasəti, şəhər planlaşdırılması və su təminatı koordinasiyalı şəkildə həyata keçirilməlidir

...

Mənzil urbanizasiyanın əsas hərəkətverici qüvvələrindən biridir. Buna görə də, mənzil siyasəti, şəhər planlaşdırılması və su təminatı birgə və koordinasiyalı şəkildə həyata keçirilməlidir.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “BMT-nin 2026-cı il Su Konfransı Şəhər mənzillərinin yol xəritəsi” adlı tədbirdə çıxışı zamanı BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.

O bildirib ki, bu yanaşma həm şəhərlərin daha dayanıqlı inkişafına, həm də insanların əsas xidmətlərə çıxışının yaxşılaşdırılmasına imkan verə bilər.

Nəşr edilib : 21.05.2026 13:26