NAXÇIVAN :

27 Noyabr 2024, Çərşənbə

Amerika Ukraynaya Rusiyanı uzaq mənzilli silahlarla vurmaq icazəsi verib – SƏBƏB

...

Bayden administrasiyası Ukraynaya Amerika silahları ilə Rusiyanın dərinliklərini vurmağa icazə verib. Səbəb kimi isə Ukraynanın Rusiya qarşısında aciz vəziyyətdə qalması göstərilir.

Baxmayaraq ki, Ukraynanı Rusiyaya qarşı elə məhz Amerika qaldırırdı.

ABŞ-nin bu qərarını çoxdan gözləyən Avropanın iki eyni xislətli  dövlətləri İngiltərə və Fransanın da, öz silahları ilə Rusiyanı vurmağa icazə verəcəkləri gözlənilən an məsələsidir. Düzdür, NATO alyansına daxil olan çox dövlət bu icazəni vermir və bu yöndə addım atmağı ağılsızlıq hesab edir.

Yəni Üçüncü Dünya müharibəsinin başlanmasına çox yaxınıq. Görünür, qoca Bayden prezidentlikdən getmək ərəfəsində qan tökməkdə maraqlıdır.

Əslində isə bu qədər insan tələfatına qətiyyən ehtiyac yox idi. Qərbin ikili siyasəti burada da özünü göstərdi.

Ukrayna NATO-ya daxil olmaq istəyirdi, Rusiya isə buna qarşı idi. Bu da təbii  narazılıqdır. Heç kim istəməz ki, gözünün qarşısında düşmən “at” oynatsın.

Prosesin bir variantı daha ağlabatandı. Qərb, Ukraynanı NATO-ya üzv qəbul etməli və NATO qoşunlarını əraziyə cəlb etməliydi.

Rusiya ağıllı beyin mərkəzləri tərəfindən idarə olunur. Hər halda öz xalqını və hərbi texnikasını güdaza verməzdi.

Amma fərqli bir durum yarandı. Rusiya Ukraynanın tək qaldığını gördü və hərəkətə keçdi. Artıq Rusiya-Ukrayna münaqişəsindən 1000 gündən artıq vaxt keçir. Hələ də NATO Ukraynanı üzv qəbul etməyib. Bunun üçün Ukraynaya əlçatmaz, absurd şərtlər irəli sürüb...

 Belə ki, Ukrayna Rusiyaya guya “qalib” gəldikdən sonra alyansa üzvlük məsələsinə baxıla bilər. Bu da mümkün sayılmır.

Çünki Rusiya çox güclü və inadkardır. Üstəgəl, Çin, Şimali Koreya kimi dövlətlər açıq şəkildə Rusiyanı dəstəkləyir. İş bu yerə çatanda isə Ukraynanın məğubiyyəti qaçılmazdır.

                  Fariz QULİYEV

Nəşr edilib : 27.11.2024 14:45