NAXÇIVAN :

23 Noyabr 2024, Şənbə

AMEA Naxçıvan Bölməsinin 3 şöbə müdiri tutduğu vəzifələrindən azad olunub

...

"Şərq qapısı" xəbər verir ki, bununla bağlı bölmənin sədri, akademik İsmayıl Hacıyev əmr imzalayıb. Əmrə əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərdə deputat seçilən filologiya elmləri doktoru Əliyeva Nuray Yadigar qızı, tarix üzrə fəlsəfə doktoru Orucov Asəf Yunis oğlu və tarix üzrə fəlsəfə doktoru Quliyeva Zeynəb Kərim qızı tutduqları vəzifələrindən azad ediliblər. Həmçinin AMEA Naxçıvan Bölməsinin Nəşriyyat bölməsinin müdiri Qənbərov Qafar Tahar oğlu da seçkilərdə deputat seçildiyi üçün tutduğu vəzifəsindən azad edilib.

Nəşr edilib : 25.09.2024 17:52