NAXÇIVAN :

06 Oktyabr 2026, Çərşənbə axşamı

Almaniya səfiri: Bağlantılar tezliklə ikitərəfli iqtisadi münasibətlərimizdə energetikadan sonra ikinci yeri tutacaq

...

Azərbaycan Prezidenti İlham Əliyevin Berlinə səfəri münasibətlərimizdə yeni bir səhifə açdı.

"Şərq qapısı" xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölke Alman-Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransında deyib.

O bildirib ki, Azərbaycan ilə Almaniya arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə hər iki ölkənin əməkdaşlığını artırmaq yönündə güclü öhdəliyidir.

“Əminəm ki, bağlantılar məsələsi çox tezliklə ikitərəfli iqtisadi münasibətlərimizin energetikadan sonra ikinci yeri tutacaq. Regional sabitlik regional inteqrasiya və iqtisadi potensialdan yararlanmaq üçün əvəzolunmazdır”.

Nəşr edilib : 06.10.2026 10:53