NAXÇIVAN :

18 Oktyabr 2026, Bazar

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

...

Hicabdan necə və hansı yaşlarda istifadə etməsi ilə bağlı fiqh alimləri, müctəhidlər çox gözəl bilirlər. Azərbaycanda hicab qadağan olunmayıb.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Real TV-yə müsahibəsində söyləyib.

O bildirib ki, dini təhsil müəssisələrində qızlar hicabla təhsil alırlar. Amma dövlət təhsil müəssisələrində vahid forma ilə bağlı qərar qəbul olunub.

Nəşr edilib : 13.10.2026 16:53