NAXÇIVAN :

31 Yanvar 2025, Cümə

Ali Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib

...

Yanvarın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin iclası keçirilib.

Komitə sədri Emin Şıxəliyev iclasda Ali Məclisin 2024-cü ilin payız sessiyası dövründə rəhbərlik etdiyi komitədə görülən işlər barədə hesabatla çıxış edib. Eyni zamanda yaz sessiyasında görüləcək işlər müzakirə olunub, Ali Məclisin qanunvericilik işləri planına dair təkliflər irəli sürülüb.

Sonda məsələ ilə əlaqədar komitə üzvlərinin çıxışları dinlənilib.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Nəşr edilib : 28.01.2025 15:11