NAXÇIVAN :

17 Aprel 2025, Cümə axşamı

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

...

Aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.

Komitə sədri Əjdər Əliyev gündəlikdə duran məsələlərin - “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin və “Publik hüquqi şəxslər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin  müzakirə olunacağını diqqətə çatdırıb.

Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov qanun layihələri haqqında məlumat verib.                              

Sonda Hüquq siyasəti komitəsinin rəyi oxunub, qanun layihələri Ali Məclisin müzakirəsinə təqdim edilib.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

Nəşr edilib : 15.04.2025 12:47