NAXÇIVAN :

27 Dekabr 2024, Cümə

Aktauda təyyarə qəzasından sağ çıxan sərnişin AZAL-ın stüardessasının cəsarətindən danışıb

...

Aktauda “Azerbaijan Airlines” təyyarəsinin qəzasından sağ çıxan Yekaterinburq sakini Subxonkul Rəhimov kritik anda öz vəzifələrini mükəmməl yerinə yetirən, əzm və cəsarət nümayiş etdirən stüardessa haqqında danışıb.

Bu barədə "Şərq qapısı" TASS-a istinadən xəbər verir.

"Pilotlara daha yaxın olan stüardessa dəhşətli vəziyyət olmasına baxmayaraq, çox möhkəm dayanırdı. O, möhkəm idi. Belə bir vəziyyətdə yerinə yetirməli olduğu bütün funksiya və vəzifələrini yerinə yetirdi. Onun verdiyi komandaya mən qulaq asıb oturacağa bərk söykəndim", - agentliyin həmsöhbəti qeyd edib.

O vurğulayıb ki, stüardessa işini əla şəkildə yerinə yetirib.

"Qadın 'sakitləşin' deyəndə - yadımdadır, bir kişi orada nəsə etiraz edirdi - əlbəttə ki, sakitliyi qorumaq lazımdır. O, əsasən Azərbaycan dilində danışır, insanları sakitləşdirirdi", - S.Rəhimov bildirib.

Nəşr edilib : 26.12.2024 14:46