NAXÇIVAN :

15 Iyun 2026, Bazar ertəsi

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb

...

Ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindən daha yüksək mərhələyə qalxıb. Əməkdaşlığımızın sürəti həqiqətən də dinamik və dayanıqlı xarakter daşıyır.
“Şərq qapısı” xəbər verir ki, bu fikirləri Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal Demokratik Partiyası Siyasi Şurası İcra Komitəsinin və partiyanın parlament fraksiyasının sədri Aktam Xaitov “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans çərçivəsində keçirilən “Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası” adlı panel sessiyada səsləndirib.
O bildirib ki, ötən illərlə müqayisədə ölkələrimiz arasında ticarət dövriyyəsinin artacağı gözlənilir. Bu isə ikitərəfli iqtisadi əlaqələrin ardıcıl şəkildə genişləndiyini göstərir.
“Siyasi iradə və qarşılıqlı etimad əsasında münasibətlərimiz daha da möhkəmlənir və əməkdaşlığın yeni istiqamətləri formalaşır. Son dövrdə əlaqələrimiz yüksək templə inkişaf edərək strateji əhəmiyyət kəsb edib”, - deyə A.Xaitov əlavə edib.

Nəşr edilib : 15.06.2026 11:18