Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıql...
13:38 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
“Biz bu addımları atarkən Türkiyə-Azərbaycan dostluğunu, müttəfiqliyini ilk sıraya qoyuruq. Yəni Azərbaycan dövlətinin fikirləri, baxışı bizim üçün əsasdır və önəmlidir”.
"Şərq qapısı" xəbər verir ki, bu sözləri Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlu Naxçıvan Muxtar Respublikasına səfəri zamanı jurnalistlərə müsahibəsində deyib. O bildirib ki, Azərbaycanın Qarabağ müharibəsində qazandığı zəfərdən sonra dəhlizin açılması əsas məsələ idi: “Sonra yenə Şuşa Bəyannaməsində də iki dövlətin iradəsi bu yöndə idi. Ardınca Azərbaycan və Ermənistan arasında imzalanan müqavilədə bu məsələ xüsusilə qeyd edildi. Biz buna uyğun olaraq bu dəhlizin həyata keçirilməsi yönündə addımlar atırıq. Bunlardan biri də Qars-İğdır-Dilucu dəmir yolu layihəsidir. İllik olaraq 5,5 milyon insanı daşıyacaq, 2,2 milyon yükdaşıma gücünə malik olacaq bu layihə həyata keçirildiyində Azərbaycandan yola çıxan bir qatar sərhədlərimiz üzərindən maneəsiz olaraq Avropaya qədər gedib çıxacaq. Bu dəmir yolu xətti təkcə ticarəti yox, inanırıq ki, xalqlarımız arasında münasibətləri genişləndirəcək, turizmə, enerji sahəsinə və bir çox sektora öz müsbət təsirini göstərəcək. Bununla birlikdə bölgəmizdə sabitlik və dirçəlməni bacaracağıq”.
AK Parti sədr müavini Naxçıvana edilən səfəri barədə də danışıb. Qeyd edilib ki, “Türkiyə 100 ili” şüarı ilə Türkiyədə ayrı-ayrı bölgələrdə görüşlər keçirilir və bunun davamı olaraq İğdırda da görüşlər baş tutur: “Bu vəsilə ilə Naxçıvana da gələrək Türkiyə-Azərbaycan münasibətləri və Türk dünyasına, dövlətlərinə aid fikrimizi ortaya qoymaq istədik. “Türkiyə 100 ili” hədəfimizin ən önəmli parçalarından biri Türk dünyası ilə münasibətlər və bunların genişləndirilməsidir. Bu mərkəzdə Türkiyə-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir və dünyada çox nadir hallarda rastlaşan münasibətlərimiz dostluğumuz, qardaşlığımız və güclü müttəfiqliyimiz var. Çünki “Biz bir millət iki dövlət” şüarı ilə hərəkət edə bilən dövlətlərik. Naxçıvan istər türk dövlətləri təşkilatları arasında, istərsə də Azərbaycan-Türkiyə münasibətlərində çox önəmli bir mərkəzdir. Bundan sonra da Naxçıvanı türk dövlətləri təşkilatının bir parçası olaraq görürük. 2009-cu ildəki müqavilə də burada imzalanmışdır. İndi yeni bir dönəmdir. Çünki bir yandan Türkiyə-Azərbaycan münasibətləri ilə yanaşı, Azərbaycan-Ermənistan arasında həyata keçiriləcək layihə ilə birlikdə, inşallah, Azərbaycanı Naxçıvana bağlayacaq dəhliz inşa ediləcək və bu həyata keçirildiyi təqdirdə Naxçıvan, sadəcə, iki ölkənin deyil, bütün Türk dünyasının ən önəmli lojistik mərkəzlərindən birinə çevriləcək. Biz bu hədəf və inancla AKP olaraq Naxçıvana gəlmişik və bu bizim Türk dünyamıza verdiyimiz önəmin bir parçasıdır. Partiyamızın nəzdində Türk dünyası ilə əlaqələr bakanlığı quruldu. Əsas hədəfimiz bu münasibətləri gücləndirməkdir. Bu gün keçirdiyimiz görüşlərdə bir daha gördük ki, buna hazır olmağımız lazımdır. Çünki, təxminən, 600 milyard dollarlıq bir ticarətdən söhbət gedir. İnşallah, bu dəhliz açıldığında bu böyük iqtisadiyyatdan bütün ölkələr, Qafqaz faydalanacaq. Bura sülhün, sabitliyin və güvənin önəmli mərkəzi olacaqdır. Buna inanırıq”.
Digər xəbərlər