Naxçıvan Muxtar Respublikasında 23 noyabra gözləni...
23:45 22.11.2024
0
0
0
NAXÇIVAN :
23 Noyabr 2024, Şənbə
Məişət zorakılığı və ona qarşı mübarizə nəinki bizim cəmiyyətimizdə, həm də dünya miqyasında geniş yayılmış və ciddi problemlərdən biridir. Məişət zorakılığı öz başlanğıcını gender bərabərsizliyindən götürür, ailədaxili münaqişələrlə bu bərabərsizliyin böyüməsi nəticəsində qəsdən fiziki və ya mənəvi zərərvurma halları ilə yekunlaşır.
Bunu Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə vəkillər və hakimlər üçün keçirilən “Məişət zorakılığı ilə mübarizə, həmçinin məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış” mövzusunda təlimin açılış mərasimində çıxış edərkən deyib.
O qeyd edib ki, bu səbəbdən ailədaxili zorakılıq halları təkcə bir ailəni deyil, bütövlükdə cəmiyyəti təhlükə altında qoyur. "Bu problemin həlli geniş və məqsədyönlü tədbirlərin görülməsini, həmçinin kompleks yanaşmanı tələb edir. Bu kimi təlimlərin keçirilməsi isə bizim bu sahədəki mübarizəmizdə önəmli rol oynayır. Məişət zorakılığı sadəcə fiziki deyil, eyni zamanda, mənəvi, psixoloji, iqtisadi və cinsi zorakılığı özündə ehtiva edir. Təəssüf ki, zorakılığın bu formaları çox vaxt cəmiyyətdə latent olur və zərərçəkmiş şəxslərin ədalət mühakiməsinə əlçatımlılığını çətinləşdirir", - deyə A.Bağırov diqqətə çatdırıb.
Digər xəbərlər