Qəzetçiliyin görünməyən zəhmətkeşləri
14:12 25.11.2024
0
0
0
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar "Təbliğat-100" layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində “Ailədaxili münasibətlərə zərər verən amillər ağır hüquqi nəticələr verə bilər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin Hüquq bölməsinin müdiri İsmayıl Qəribli ailədaxili münasibətlərə zərər verən amillərin ciddi hüquqi və sosial nəticələrə səbəb ola biləcəyini deyib.
Təqdimatla çıxış edən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Yaqut Abbaszadə ailə münasibətlərinə təsir edən amillər və onların hüquqi nəticəsi barədə ətraflı məlumat verib. Bildirilib ki, ailədaxili münasibətlərin tənzimlənməsi cəmiyyətin sabitliyi və ailə üzvlərinin rifahı üçün əhəmiyyətlidir. Bu münasibətlər hüquqi, psixoloji və sosial mexanizmlərlə qorunmalı və inkişaf etdirilməlidir.
80 nəfərin yararlandığı tədbirdə iştirakçıların sualları cavablandırılıb və müvafiq mövzuda hazırlanmış buroşürlər paylanılıb.
Digər xəbərlər