Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ...
21:17 18.04.2025
0
0
0
11 aprel 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Babək şəhər 2 nömrəli tam orta məktəbdə şagird, valideyn və məktəb psixoloqlarının iştirakı ilə “Ailə, məktəb və cəmiyyət” mövzusunda maarifləndirici tədbir keçirilib.
Dəyirmi masa ətrafında keçirilən tədbirdə Babək Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini Fuad Mirzəyev, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli və Babək Rayon Təhsil Şöbəsinin əməkdaşı Gülşən Həsənli çıxış edərək mövzunun əhəmiyyətindən bəhs ediblər. Qeyd ediblər ki, bu cür maarifləndirmə tədbirlərinin orta məktəblərdə keçirilməsinin əsas məqsədinin valideyn-məktəb-şagird münasibətlərini gücləndirmək, ailə mühitinin, məktəbin uşağın psixoloji durumuna təsirini öyrənmək, məktəb psixoloqlarının işinin gücləndirilməsi və daha səmərəli təşkil edilməsidir. Ailədən sonra tərbiyə məktəbdə davam edir. Uşağın tanış olduğu ikinci vacib və əhəmiyyətli ictimai mühit məktəbdir. Müəllimlər və sinif yoldaşları onun ailə üzvlərindən sonra ən çox ünsiyyətdə olduqları şəxslərdir. Müəllimlərlə valideynlər həmrəy olmağı bacarmalı, müəllimlər şagirdlərin ailə mühitinə, valideynlər isə məktəb atmosferinə yaxından bələd olmalıdırlar.
Diskussiya şəklində keçən tədbirdən 30 nəfər yararlanmışdır.
Digər xəbərlər