Bu il paytaxt və regionlarda 74 əmək yarmarkası tə...
17:42 04.05.2026
0
0
0
Bu gün Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Şərur rayon Xanlıqlar kənd tam orta məktəbində çətin tərbiyə olunan uşaqların aşkar edilməsi və onlarla korreksiya işinin aparılması məqsədilə “Ailə, məktəb və cəmiyyət” mövzusunda görüş keçirilib.
Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Səfər İsgəndərov çıxış edərək mövzunun aktuallığı və əhəmiyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Uşaq problemləri şöbəsinin məsləhətçisi Elsun Cahangirli və Şərur Rayon Təhsil Şöbəsinin əməkdaşı Vüsalə Seyidova çıxışlarında bildiriblər ki, ailə, məktəb və cəmiyyət modeli uşaqların inkişafı üçün vacib olan birgə məsuliyyət sistemidir. Bu üç institutun qarşılıqlı və koordinasiyalı fəaliyyəti sağlam və uğurlu gələcəyin formalaşmasında mühüm rol oynayır.
Görüş diskussiya şəklində davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, şagirdlər arasında sorğu aparılıb və mövzu ilə bağlı maarifləndirici broşürlər paylanılıb.
Digər xəbərlər