NAXÇIVAN :

12 May 2026, Çərşənbə axşamı

“Ailə dəyərləri və mediasiya: ailə birliyini gücləndirən yollar” mövzusunda tədbir keçirilib

...

Bu gün Culfa rayonunun Camaldın kəndində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Mediasiya Təşkilatı və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ailə dəyərləri və mediasiya: ailə birliyini gücləndirən yollar” mövzusunda tədbir keçirilib.
“Şərq qapısı” xəbər verir ki, tədbirdə Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Elçin Məmmədəliyev və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eltun Həziyev çıxış edərək bildiriblər ki, Azərbaycan ailəsi əsrlərboyu formalaşmış milli-mənəvi dəyərlər üzərində qurulub və bu dəyərlər cəmiyyətimizin sağlam inkişafında mühüm rol oynayır. 
Təşkilatının mediatoru Orxan Abbasov çıxış edərək ailə dəyərləri və mediasiya ilə bağlı fikirlərini diqqətə çatdırıb. 
Tədbir diskussiya şəklində davam edib, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Nəşr edilib : 12.05.2026 20:10