NAXÇIVAN :

19 Mart 2025, Çərşənbə

Agentlik bayramdan sonra ilk dərs gününün tarixini açıqlayıb

...

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, altıgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində martın 26, 27 və 29-u iş günləri hesab ediləcək. Beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsil müəssisələrində isə bayramdan sonra ilk dərs günü aprelin 1-də olacaq.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Nəşr edilib : 19.03.2025 16:44