NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərədə yanğınla mübarizə tədbirləri davam edir

...

Ağdam, Xocalı, Xocavənd, Füzuli, Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

"Şərq qapısı" xəbər verir ki, FHN-in İctimaiyyətlə əlaqə idarəsindən verilən məlumata görə, relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də, yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir.

Ümumilikdə yanğınların söndürülməsi əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Qarabağ Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopterləri iştirak edir.

Nəşr edilib : 25.07.2025 18:02