NAXÇIVAN :

10 Mart 2026, Çərşənbə axşamı

Ağbulaq İstirahət Mərkəzində ittifaq üzvləri üçün növbəti həftəsonu qış istirahəti təşkil olunub

...

Fevralın 7-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşəbbüsü ilə Ağbulaq İstirahət Mərkəzində ittifaq üzvləri üçün növbəti qış istirahəti təşkil olunub. İkigünlük proqramda şuranın 56 nəfər üzvü iştirak edib. İstirahət günləri ərzində iştirakçılar üçün hərtərəfli xidmətlər təqdim olunub, gündə üç dəfə keyfiyyətli qidalanma təmin edilib. Eyni zamanda mərkəzdə keçirilən canlı musiqi proqramı, intellektual oyunlar və müxtəlif əyləncəli tədbirlər istirahət edənlərin asudə vaxtının səmərəli təşkilinə şərait yaradıb. Proqram çərçivəsində ittifaq üzvləri xizək sürmə, kanat xəttindən istifadə və digər qış əyləncələrindən faydalanaraq istirahətlərini fəal və xoş əhvali-ruhiyyə ilə keçiriblər.
Məlumat üçün bildirək ki, layihə ittifaq üzvləri üçün güzəştli şərtlərlə həyata keçirilir və iştirakçılar yollayışın yalnız 15 faizini ödəməklə Ağbulaq İstirahət Mərkəzinin bütün imkanlarından istifadə ediblər.

Nəşr edilib : 08.02.2026 18:38