Tokayev: Qazaxıstan Bakı-Tbilisi-Ceyhan kəməri ilə...
21:13 29.06.2026
0
0
0
Azərbaycan Birinci Türkoloji Qurultayın irsinə hər zaman böyük diqqət və ehtiramla yanaşır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və müvafiq Sərəncamı ilə bu yubiley dövlət səviyyəsində qeyd olunur. Bu, Azərbaycan dövlətinin Türk dünyasının ortaq elmi və mədəni irsinə verdiyi yüksək dəyərin bariz nümunəsidir.
"Şərq qapısı" xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli iyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılış mərasimində çıxışı zamanı deyib.
"Bu gün biz sadəcə bir yubileyi qeyd etmirik. Biz yüz il əvvəl Bakıda əsası qoyulmuş böyük bir ideyanın-ortaq mədəniyyət və mənəvi birlik ideyasının bir əsrlik tarixini qeyd edirik. İnanıram ki, keçiriləcək görüşlər yeni elmi təfəkkürün, yeni ideyaların və yeni əməkdaşlıq körpülərinin yaranmasına mühüm töhfə verəcək".
Digər xəbərlər