Azərbaycan Respublikası Prezidentinin Fərmanı
16:29 21.04.2026
0
0
0
Son iki il ərzində incəsənət məktəblərində keyfiyyətin yüksəldilməsi məqsədilə sistemli və ardıcıl islahatlara başlanılıb. Bu dəyişikliklərin mərkəzində üç əsas istiqamət dayanır: keyfiyyətin artırılması, fəaliyyətin rəqəmsallaşdırılması, tədris məzmununun yenilənməsi.
"Şərq qapısı" xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Milli Məclisin Elm və təhsil komitəsinin “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda martın 18-də təşkil etdiyi ictimai dinləmədə bildirib.
O qeyd edib ki, bu addımların əsas məqsədi incəsənət təhsilini müasir tələblərə uyğunlaşdırmaq, sağlam pedaqoji mühit formalaşdırmaq və gələcək nəsillərin yaradıcı potensialının daha güclü şəkildə inkişafına şərait yaratmaqdır. Eyni zamanda, incəsənət təhsilinin yaradıcı sənayelər baxımından mövcud imkanlarının genişləndirilməsi də bu islahatların mühüm istiqamətlərindən biridir.
Nazir, həmçinin bildirib ki, Azərbaycanda incəsənət təhsilinə xüsusi diqqət yetirilməsi ölkənin mədəni siyasətinin əsas istiqamətlərindən biridir. Digər bir çox ölkələrlə müqayisədə bu sahəyə daha geniş resurs ayrılması, incəsənətin inkişafını və milli-mədəni irsin qorunmasını prioritet məsələlərdən biri kimi ön plana çıxarır. MDB məkanında və ümumilikdə dünyada mövcud olan incəsənət təhsili sistemləri ilə müqayisədə Azərbaycanda bu sahəyə ayrılan maliyyə və institusional dəstək kifayət qədər yüksəkdir.
Digər xəbərlər