Ayaz İsmayılov: “Qəzalara səbəbiyyət yaradan iki ə...
14:56 02.12.2024
0
0
1
NAXÇIVAN :
02 Dekabr 2024, Bazar ertəsi
Mərhəmətli olduğumuz üçün sevinməliyik? Bəlkə, hə, bəlkə də, yox... Əgər kiminsə həyatını xilas ediriksə və ya onu bağışlayırıqsa, bu mərhəmətli olduğumuz üçün deyil, insan olduğumuz üçündür... “Beynəlxalq Sülh günü”, “Beynəlxalq Mərhəmət günü” kimi anların tarixdə olmasına sevinmək qəribə bir haldır... Axı bu günləri yaradan insan övladı sülh və mərhəmət kimi günləri yaradarkən kimlərdən qorumaq istəyirdi insanları? Bu günün tarixçəsinə və məqsədinə ensək bunu daha yaxşı başa düşərik...
Mərhəmət günü birinci dəfə 2012-ci ildə Hindistanın Mumbay şəhərində keçirilib. Günün məqsədi isə heç bir canlıya sözün heç bir mənasında zərər verməməkdir... Maraqlıdır, görəsən bu günü təsis edən insan mərhəmətli olmağa səslədiyi insanlardan nə ilə fərqlənirdi? Məgər insanın mərhəmət sözünü xatırlamaq üçün bir günəmi ehtiyacı var idi?
Sosial şəbəkələrdə “İnsanlıq günü” deyə axtarış apardım, görünənlər isə həm gülməli, həm də düşündürücü idi... Axtarışın cavabı isə belədir: “Hər gün bir insanlıq günüdür”...
Qəribədir...Yer kürəsində baş verən cinayətlər, təcavüzlər, müharibələr və soyqırımlar... Haradadır mərhəmət? Gəlin uzaqda axtarış aparmaq yerinə mərhəməti yaxınlarda, öz mənəviyyatımızda axtaraq. Bu haqda yazılan əsərlər, şeirlər belə az olmadı. Ədəbiyyatın axtarışı belə insanlıq idi...
Bəzən mərhəmət oğlunun qatilini bağışlayan bir ananın hissləri qədər qarışıq və həmin anadan mərhəmət uman qatilin yalvarışları qədər aciz idi... Yaxşı işlər görərkən sanki dünya da həmin an yaxşılaşır, dünyadan bir bədbinlik daha azalır... Klassik poeziyamızın ustadlarından olan dahi Nizami Gəncəvi də mərhəmət haqda deyirdi:
“Torpağa mərhəmət xeyirdir, inan,
Lütf etsən gül verər, zülm etsən tikan...”
Rafiq TƏHMƏZ
Digər xəbərlər