NAXÇIVAN :

22 Iyun 2025, Bazar

Valideyn Sona Əliyeva: “Ali təhsilli övladlarımız hər zaman dünyanın istənilən nöqtəsində Vətənimizi layiqincə təmsil edirlər”

...

“Bu gün mənim nəvəm də Naxçıvan Dövlət Universitetinin nəzdində İngilis dili Təmayüllü Gimnaziyaya qəbul üçün imtahan verdi. Uşaqlarla yanaşı, biz də çox həyəcanlıyıq”. 
Bu sözləri NDU-nun nəzdində İngilis dili Təmayüllü Gimnaziyada imtahan verən şagird İsmayıllı Fatimənin valideyni Əliyeva Sona “Şərq qapısı”na müsahibəsində söyləyib. 
O qeyd edib ki, dahi Nizami Gəncəvinin bir sözü var: “Elmsiz, biliksiz başqa cür heç kəs, heç kəsə üstünlük eləyə bilməz”. 
“Bu gün də bu şəraiti bizə yaradan dövlət başçımız cənab İlham Əliyevə minnətdarıq ki, uşaqlarımız, gənclərimiz nəinki öz ölkəmizdə, xarici ölkələrdə də təhsil almaq imkanlarına malikdirlər. Ali təhsilli övladlarımız hər zaman dünyanın istənilən nöqtəsində Vətənimizi layiqincə təmsil edir və nəyə qadir olduqlarını nümayiş etdirirlər.  Bugünkü imtahanda da nəvəmdən yüksək nəticələr gözləyirik. Əminəm ki, nəvəmin timsalında bütün imtahan verən şagirdlər valideynlərini sevindirəcəklər” , – deyə Sona Əliyeva qeyd edib.

Aidə İBRAHİMOVA

Nəşr edilib : 22.06.2025 16:30