NAXÇIVAN :

17 Aprel 2025, Cümə axşamı

Abbas İsmayılov: Naxçıvanda daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 12 dəfəyədək artıb

...

2025-ci ilin I rübü  ərzində daşınmaz dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 149,7 min manat məbləğində vəsaitin ödənilməsi təmin olunub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,7 dəfə artım qeydə alınıb.

Bu barədə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov  deyib.

Nazir müavini bildirib ki, 2025-ci ilin I rübü  ərzində daşınmaz dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 84 yeni müqavilə bağlanıb, 62 icarə müqaviləsinin müddəti uzadılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə yeni icarə müqavilələrinin sayı 2,1 dəfə, müddəti uzadılmış müqavilələrin sayı 1,9 dəfə çox olub.

2025-ci ilin I rübü  ərzində Naxçıvanda 2219 daşınmaz əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış əmlakların sayında 8,1% artım müşahidə olunub.

Nəşr edilib : 08.04.2025 15:34